Fed/Dudley: Fed faiz artırmaqda davam etməlidir
ABŞ Mərkəzi Bankının (Fed) Nyu-York şöbəsinin sədri William Dudley, Fed-in pilləli (mərhələli) olaraq faiz artırmasına davam etməsini dəstəklədiyini söyləyib.
"Marja" xəbər verir ki, Dudley, inflyasiyanın Fed-in hədəflədiyi 2%-lik səviyyədən aşağı qalmaqda davam etməsinin özünü də çaşdırdığını ifadə edərək, buna baxmayaraq Fed-in pilləli olaraq faiz artırmaq siyasətinə davam etməsi lazım olduğunu müdafiə edib.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
ABŞ iqtisadiyyatının artım proqnozunun 2%-dən bir az yüksək olduğuna işarə edən Dudley, aşağı işsizlik, məşğulluqdakı artım və artan maaşların fərdi gəlirləri yüksəltdiyinə diqqəti çəkib və istehlakçı xərcləmələrinin gələcək rüblərdə artacağını gözlədiyini deyib.
Harvey, Irma və Maria qasırğalarının nəticələrinə də toxunan Dudley, bu qasırğaların təsirlərinin "mülayim" olacağını dilə gətirib. Dudley, "Təbiət fəlakətlər ilk başda iqtisadi fəaliyyətləri azaldır. Ancaq bu cür fəlakətlər yenidən iqtisadi fəaliyyətlərin artmasına kömək edir." ifadələrini istifadə edib.
Dudley-in bu il Federal Açıq Bazar Komitəsində (FOMC) səs vermək hüququ var.
FOMC, 31 Oktyabr-1 Noyabr və 12-13 dekabr olmaqla bu il iki təfə iclas keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
Aytac Muxtarzadə: “Dəyər yaratmaq, fayda vermək “PAŞA Holding”in əsas hədəflərindəndir”
-
5 saat əvvəl
İsrail Mərkəzi Bankı: Qəzzada qarşıdurma ölkəyə 67 milyard dollara başa gələcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
"PASHA Yatırım Bankası"nın dollar istiqrazlarına 9 investordan 9 təklif
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilməsi