Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

90 hektar əkib, yaxşı da məhsul yetişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
90 hektar əkib, yaxşı da məhsul yetişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari mövsümdə Oğuz rayonunda 346 hektar qarğıdalı sahəsindən məhsul yığımı gözlənilir. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 88 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 169 hektar sahənin məhsulu yığılıb, 827 ton dən qarğıdalı istehsal olunub.

 

Reklam_3_11

Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarından biri də Bucaq kəndində fəaliyyət göstərir. Təsərrüfat rəhbəri Rəftar Əhmədli  bildirib ki, iki ildir, bu işlə məşğul olur. Bu il 90 hektar sahədə qarğıdalı əkib, yaxşı da məhsul yetişib. Fermer deyib ki, hava şəraiti imkan verərsə, builki mövsümdə qarğıdalı sahəsinin hər hektarından 90-100 sentner məhsul götürməyi planlaşdırır. Təsərrüfatda qarğıdalı yığımına yaxın günlərdə başlanılacaq.

 

© Azərtac

09.10.2017 06:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ