Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avro, Sterlinq, qızıl bahalaşa bilər - “InvestAZ”-dan həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, Sterlinq, qızıl bahalaşa bilər - “InvestAZ”-dan həftəlik analiz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

EUR/USD məzənnəsi keçən həftə 1.1669$-a kimi ucuzlaşdıqdan sonra Amerikadan açıqlanan əmək bazarı ilə bağlı statistik məlumatlardan sonra yenidən 1.1738$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.1700$ səviyyəsinin üzərində qaldıqca, 1.1770 və 1.1830$-a kimi də bahalaşa bilər.

 

Eyni zamanda, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-da inflyasiya ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.

 

GBP

ABŞ-da iqtisadi, həm də siyasi risklərin artmasının, dünya birjalarında dolların ucuzlaşmasına təsir etməklə, GBP/USD məzənnəsinin də 1.31$-a kimi dəyər qazanmasına səbəb olub. Beləliklə, məzənnə 1.3112$-a kimi bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 1.3165$ və 1.3251$-a kimi də dəyər qazana bilər.

 

Bu həftə yayımlanacaq İngiltərənin sənaye sektoru və xarici ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

 

TRY

Türkiyənin xarici siyasətində gərginliyin yenidən artması, Türkiyə valyuta bazarlarında USD/TRY məzənnəsinin 3.77TL-ə kimi bahalaşmasına səbəb olub. Sürətli artım dalğasından sonra 3.70TL-ə kimi ucuzlaşan məzənnə yenidən maksimum səviyyəyə kimi bahalaşarsa, 3.81 və 3.87TL-ə kimi də bahalaşa bilər. Əks təqdirdə, qiymətin geri çəkilməsi 3.62TL-ə kimi davam edə bilər.

 

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti 55$-ın üzərində ticarət edilməkdədir. Qiymətin texniki mənzərəsi üzrə təhlillər isə onu göstərir ki, Brent nefti gələcək günlərdə 55-57$ aralığında ticarət edilə bilər.

 

GOLD

Dünyada siyasi risklərin yenidən artması və bununla yanaşı, beynəlxalq bazarlarda dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də bahalaşmasına təsir edib. Cari həftənin ilk sessiyasında 1285$-a (41.2 $/qram) kimi 1% dəyər qazanan qızılın bir unsiya üzrə qiymətinin, 1293$ (41.5 $/qram) və 1300$-a (41.7 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

09.10.2017 07:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ