Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

OPEC/Barkindo: Bazarda sabitlik üçün "fövqəladə" addımlar atıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC/Barkindo: Bazarda sabitlik üçün "fövqəladə" addımlar atıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

OPEC-in Baş katibi Mohammad Barkindo, bazarda sabitliyin davam etdirilə bilinməsi üçün fövqəladə addımların atılması lazım ola biləcəyini deyib.


 

Barkindo, neft istehsalçılarının, bazardakı toparlanmanı 2018-də də davam etdirə bilmək üçün daha çox addım atmalarının lazım ola biləcəyinə deməsinə baxmayaraq, təklif artıqlığı olan bazarı yenidən tarazlığa qovuşdurmada müvəffəqiyyətli olduqlarını ifadə edib.

 

"Marja"xəbər verir ki, Barkindo, Bazar günü Yeni Delhidə etdiyi çıxışında, Səudiyyə Ərəbistanı və Rusiyanın, neft hasilatının məhdudlaşdırması razılaşmasının gələcəyinə dair müzakirələrə liderlik etdiyini bildirib. Razılaşma, Mart ayında sona çatacaq və istehsalçılar, razılaşmanın müddətini uzatmaq üzərə danışıqlar aparırlar.

 

Barkindo, "Sabitliyi gələn ildə də davam etdirmək üçün bəzi fövqəladə tədbirlərin görülə biləcəyi mövzusunda da fikir birliyi var" ifadəsini istifadə edib. Barkindo, bu tədbirlər haqqında detallı danışmayıb.

 

Bakı vaxtı ilə saat 10:10-da, Brent neftinin qiyməti 55.75 dollardır.  

09.10.2017 08:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ