Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirlik: Rusiyada bu rüb dollar bahalaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Rusiyada bu rüb dollar bahalaşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyada oktyabr ayından etibarən ABŞ dolları bahalaşmağa başlayacaq və dekabrın yekununda orta məzənnə 63 rubl təşkil edəcək.


"Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu proqnozu Rusiya İqtisadi İnkişaf Nazirliyi yayıb.
Nazirliyin proqnozu ilə analitiklər də razılaşırlar: onların proqnozu isə 60-70 RUB/USD diapazonunda dəyişir.

 

Nazirlik mütəxəssislərinin fikrincə, bu ilin son rübündə neftin qiyməti düşməyə davam edəcək.

 

Oktyabrda "Urals" markalı neftin orta qiymətinin 51 dollar/barel, noyabrda 49 dollar/barel, dekabrda isə 47 dollar/barel olacağı ehtimal edilir. Nazirlik neft qiymətlərinin düşməsi fonunda dolların məzənnəsinin yüksələcəyini ehtimal edir. Belə ki, oktyabrda dolların 60,8 rubl, noyabrda 62,1 rubl, dekabrda isə 63 rubl təşkil edəcəyi gözlənilir. Son rüb üçün orta məzənnənin isə 62 RUB/USD, 2017-ci il üçün isə 59,4 RUB/USD olacağı proqnozlaşdırılır.


Analitiklərin fikrincə, dolların bahalaşması "carry-trade" əməliyyatlarının cazibliyinin itməsinə səbəb olacaq və investorların sürətlə Rusiya aktivlərindən çıxaraq dollara keçməsinə gətirib çıxaracaq. Bu da dolların məzənnəsini 70 rubla qədər yüksəldə bilər.

 

© Report

09.10.2017 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ