Ən yuxarı (mobil)-2_30

Səudiyyə Ərəbistanı neft hasilatını daha çox azaldacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı neft hasilatını daha çox azaldacaq

Səudiyyə Ərəbistanı neft hasilatını razılaşmada göstərilən miqdardan daha çox azaldacağına işarə edib.

 

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, bu sürpriz anons, Rusiya və digər bəzi OPEC-ə daxil olmayan ölkələrin gələn il istehsalı azaltmağa dair razılaşmasının ardından verilib.

 

Neft İxrac Edən ölkələr Birliyinin (OPEC) 2001-ci ildən bu yana ilk dəfə rəqibləri ilə razılığa gəlməsi və Səudiyyə Ərəbistanının şərhləri, davam edən həddindən artıq təklif və rekord neftbaza ehtiyatları şəraitində, istehsalçıların qlobal neft bazarında nəzarəti yenidən təmin edilə bilinməsi üçün xərclənən güclü səylərinə işarə edir.

 

Analitiklər bildirirlər ki, "Bu vəziyyət, Ər-Riyadın bazarı yenidən balanslaşdırmağa dair öhdəliyini göstərir və OPEC-in razılaşmanı tətbiq edib - etməyəcəyinə dair narahatlıqları aradan qaldırmağa çalışır" - deyə bildirirlər. 

 

Neft, OPEC-in 30 Noyabrda son səkkiz ildə ilk dəfə istehsalı azaltmaq barədə razılaşmasından bu yana təxminən 20% bahalaşıb. 

 

OPEC-in 2014-cü ildə "istədiyin qədər hasil et" qərarına liderlik edən Səudiyyə Ərəbistanı, neft bazarına nəzarəti təkrar ələ keçərmək istəyirdi. OPEC və OPEC-ə daxil olmayan ölkələrin istehsalı azaltmaq planı dünya neftinin  60%-ni çıxaran ölkələri əhatə edir. Plana ABŞ, Çin, Kanada, Norveç və Braziliya kimi əhəmiyyətli istehsalçılar qoşulmayıb.

12.12.2016 06:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ