Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Füzulidən Rusiyaya ixrac olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Füzulidən Rusiyaya ixrac olunacaq

Füzuli rayonunda istixana kompleksində istehsal edilən pomidor daxili bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunacaq.

 

Reklam_3_11

“LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi 16, istixana təsərrüfatının sahəsi isə 2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 40 məcburi köçkün daimi işlə təmin edilib.

 

Fermer Faiq Məmmədov bildirib ki, yazda becərilən xiyarın yığımı iyulun sonunadək başa çatıb və 280 ton məhsul əldə olunub. Avqust ayında isə həmin yerə pomidor bitkisi əkilib. Becərmə aqrotexniki qaydada həyata keçirilib. Bitkilərin tozlanması üçün xüsusi arı növündən istifadə edilir. Bir həftədən sonra məhsul yığımına başlanılacaq. İstixanadan 200 tondan çox pomidor istehsal edilməsi proqnozlaşdırılır. Məhsul ölkə bazarlarına çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

 

Faiq Məmmədov qeyd edib ki, təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, ərazidə 2 su anbarı tikilib, daha 2 hektar ərazidə istixananın qurulması başa çatıb. Noyabrın 1-dən buraya xiyar əkiləcək. Məhsulun paketlənməsi anbarının inşası isə davam etdirilir. Ümumilikdə istixananın sahəsinin 10 hektara, işçilərin sayının isə 200-ə çatdırılması nəzərdə tutulur.

 

© Azərtac

09.10.2017 13:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ