Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıdan Tbilisiyə daha tez çatmaq olacaq - Yeni elektrovozlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Tbilisiyə daha tez çatmaq olacaq - Yeni elektrovozlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın “Alstom” şirkəti Belfor şəhərində “Azərbaycan Dəmir Yolları” QSC üçün ilk “Prima M4” sərnişin lokomotivini təqdim edib.

 

Reklam_3_11

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” ilə imzalanmış lokomotiv tədarükü haqqında müqaviləyə əsasən Belfor zavodunda 10 “Prima M4” (AZ4A) sərnişin lokomotivi istehsal olunur.

 

“Alstom”un Qərbi və Mərkəzi Asiya klasterinin direktoru Bernard Pell Azərbaycana ilk çoxfunksiyalı lokomotivin verilməsindən məmnunluğunu bildirib: “Biz bu tədarüklə Qara və Xəzər dənizləri və Rusiya ilə İran arasında iddialı layihənin tərkib hissəsinə çevrilirik. Fərdi sifariş əsasında hazırlanmış bu məhsul “Alstom” və “Azərbaycan Dəmir Yolları” arasındakı dayanıqlı münasibətlərin nəticəsidir”.

 

Bu lokomotivlər Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində istifadə olunacaq.

 

Yaxın günlərdə göndəriləcək lokomotiv Antverpen limanına çatdırılacaq, oradan isə Atlantik okeanı, Aralıq dənizi və Qara dəniz vasitəsilə yük gəmisi ilə Gürcüstanın Poti limanına yola salınacaq və dekabrın əvvəlində dəmir yolu ilə Bakıya çatacaq.

 

Qeyd edək ki, "AZ4A" sərnişin lokomotivi dünyanın ən universal elektrovozlarındandır. “Prima AZ4A” lokomotivi sərnişinlərlə 160 km/s sürətlə hərəkət edə bilir.

 

© Trend

09.10.2017 14:10

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ