Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda asetonlu araq istehsal edənlər yaxalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda asetonlu araq istehsal edənlər yaxalandı

"Marja" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya, Belarusiya, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin eyni adlar altında qanunsuz istehsalını həyata keçirən, bununla da insanların sağlamlığına zərər vuran mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

 

Reklam_3_11

Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri -  Abil Hüseynov, Bərxudar Həsənov və İlqar Mirzəyevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb.


Dəstə üzvlərinə məxsus Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbarlara və sexlərə, həmçinin onların yaşadıqları evlərin zirzəmilərinə, saxlanc yerlərinə baxış zamanı spirtli içkilərin hazırlanması üçün istifadə edilən 10 ton mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və sair texniki avadanlıqlar aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq mütəşəkkil dəstə üzvləri tərəfindən hazır məhsul halına gətirilərək satış üçün qablaşdırılan saxta spirtli içkilər onların paytaxtda və respublikanın müxtəlif bölgələrində yerləşən anbarlarından aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Aşkar edilən spirtli içkilər tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Ekspert rəyinə əsasən aşkarlanan saxta spirtli içkilərin tərkibində insan orqanizminə ciddi təhlükə yaradan zərərli mikroqatışıq hesab edilən aseton mövcuddur.
 


Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri tərkibində aseton olan spirtli içkiləri müxtəlif adda hazırlayandan sonra qurduqları şəbəkə vasitəsilə satışını təşkil ediblər.

 
 
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb və saxlanılanlar barəsində həbs qətimkan tədbirləri seçilib, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

09.10.2017 14:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ