Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

13 milyon körpə balıq suya buraxıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 milyon körpə balıq suya buraxıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tovuz Balıqartırma Təsərrüfatı ana balıqların qış nohuruna köçürülməsinə hazırlaşır.

 

Reklam_3_11

Təsərrüfatda qərb bölgəsinin iqliminə daha yaxın olduğu və uyğunlaşdığı üçün çəki və çapaq balıqlarının artırılması məqsədəuyğun sayılır. Rayonun Ceyrançöl ərazisində 113,5 hektara yaxın ərazini əhatə edən təsərrüfatda kürülər 3 min 500-dən çox ana balıqdan alınır.

 

Tovuz Balıqartırma Təsərrüfatının direktoru Rafael Yusifov müsahibəsində bildirib ki, balıqartırma göllərində 3100 çəki və 450 çapaq ana balıq var. Balıqlara 24 işçi qulluq edir. Körpə balıqlar Kür çayı ilə Şəmkir dəryaçasına axıdılandan sonra ana balıqlar seçilərək qışlama nohuruna daşınır. Yazda isə onlar kürüləmə nohuruna köçürülür. Cari ilin oktyabr ayında dəryaçaya 13 milyon körpə balıq buraxılıb. Təsərrüfatda artım yüksək olsa da, ana balıqlar qış vaxtı vəhşi quşların hücumuna məruz qalır. Bu isə onların sayına təsir edir.

 

İyirmi beş ildən çox fəaliyyət göstərən təsərrüfatda yetişdirilən balıqlar arpa, buğda və digər qüvvəli yemlərlə bəslənilir.

 

© Azərtac

09.10.2017 15:00

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ