Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Diqqət, siz borclu kimi axtarışdasınız!” - VƏTƏNDAŞLARA MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqqət, siz borclu kimi axtarışdasınız!” - VƏTƏNDAŞLARA MÜRACİƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

 

Reklam_3_11

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Nazirliyə müraciətlər daxil olmaqdadır.

 

Məlumatda bildirilib ki, cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar DİN-in rəsmi veb saytına (http://mia.gov.az/?//content/liability) daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

 

“Yeri gəlmişkən, qeyd edilən İnteraktiv pəncərədə iki variantda axtarış aparmaq mümkündür. Birinci variantda soyad, ad, ata adı və doğum tarixini qeyd etməklə, digər variantda isə şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və şəxsin doğum tarixini göstərmək lazımdır. Daxil etdiyi məlumatın düzgünlüyünə əmin olması üçün vətəndaşlara hər iki variantda axtarış aparmaları tövsiyə olunur. Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı hansı polis orqanına müraciət etməsi göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdən sonra onun barəsindəki məhdudiyyət aradan qaldırılır. Şəxs axtarışda deyilsə, o zaman ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır” cümləsi yazılır. Bu isə sorğu edilən şəxsin borclu kimi axtarışda olmadığının göstəricisidir”, - deyə məlumatda qeyd olunub.

09.10.2017 15:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ