Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Airporttaxi” konsepsiyası hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Airporttaxi” konsepsiyası hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.

 

O qeyd edib ki, Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur: "Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır".

10.10.2017 05:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ