Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Göyçay 80 faizini xaricə göndərir - 20 min ton gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Göyçay 80 faizini xaricə göndərir - 20 min ton gözlənilir

Bu il isə 20 min tona yaxın məhsulun əldə ediləcəyi gözlənilir.


 

Göyçay rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. Bu il havanın əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində Göyçayın 30-a yaxın kəndində xurma bağlarında bol məhsul yetişdirilib.

 

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.

 

Rayonda mövcud olan 825 hektar bar verən xurma bağından yığılan məhsulun təxminən 80 faizi Rusiya və digər MDB ölkələrinin bazarlarına göndərilir.

 

Xurma məhsulunun bağlardan toplanılması, qablaşdırılması, avtomobillərə yüklənməsi və xarici ölkələrə daşınması prosesinə 500-dən çox rayon sakini cəlb olunub ki, bu da onların mövsümi işlə təmin edilməsi deməkdir.

 

Kəndlilər məhsulu öz həyətlərində müştərilərə münasib qiymətə, yəni bir kiloqramını 60-70 qəpiyə satırlar. Ötən il rayonda xurma bağlarından 18 min 700 ton məhsul toplanılıb. Bu da 2015-ci ildəkindən 250 ton çoxdur. Bu il isə 20 min tona yaxın məhsulun əldə ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 10 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 15 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi, eləcə də hazırda xurma qurutma fabriki və logistik mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.

 

© Azərtac

10.10.2017 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ