Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ağdaşda 4 min tondan çox düyü əldə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağdaşda 4 min tondan çox düyü əldə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağdaş rayonunda fermerlər və torpaq mülkiyyətçiləri minlərlə hektar sahədə yetişdirdikləri çəltik və pambıq məhsulunu toplamaq üçün bir aydan çoxdur ki, bütün qüvvələri səfərbər ediblər. Çəltik biçini prosesinə 20 ədəd kombayn cəlb edilib.

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, cari ildə ölkəmizin ən böyük çəltikçilik rayonu Ağdaşın 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu günədək 2000 hektar sahədə çəltik biçini aparılıb və 4131 ton məhsul istehsal edilib.

 

Biçin kampaniyasının bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Rayonda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Çəltik rayondakı 7 dəyirmanda emal olunaraq keyfiyyətli düyü əldə edilir.

 

© Azərtac

10.10.2017 05:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ