Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bunu etməsələr 50-300 manat cərimə yazılacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bunu etməsələr 50-300 manat cərimə yazılacaq"

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edir.

 

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yük avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə az qalıb: “Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər”.

 

V.Əsədov bildirib ki, texniki baxış müddəti bitdikdən sonra baxışdan keçməyən yük avtomobillərinin sahibləri cərimələnəcək. O qeyd edib ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır.

 

Qeyd edək ki, yük avtomobilləri və avtobuslar üçün texniki baxış sentyabrın 1-dən oktyabrın 31-ə qədər davam edir.

 

© Trend

10.10.2017 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ