Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL-dan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya!

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-dan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan yeni istiqamətlərə - Banqkok və Ciddəyə uçuşlara yeni aksiya barədə elan edir.

 

Reklam_3_11

AZAl-dan "Marja"ya daxil olmuş məlumata görə, Oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək.

 

Qiymətə bütün rüsum və yığımlar daxildir.

 

Aksiya çərçivəsində uçuş tarixləri: 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimi. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

 

Qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.

 

Qış fəsli həmçinin Səudiyyə Ərəbistanı da səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərlikləri mövcuddur. Yaxın mərcan riflərində dayvinq burada çox məşhurdur.

10.10.2017 10:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ