Ən yuxarı statik reklam_3

"Gürcüstan "Qazprom"dan maraqlı təklif alıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gürcüstan "Qazprom"dan maraqlı təklif alıb"

Rusiyanın "Qazprom" şirkəti ötən Belarusun paytaxtı Minskdə keçirilən görüşdə Gürcüstan hökumətinə Ermənistana qaz nəqli ilə bağlı son təklifini verib.   Gürcüstan mətbuatı xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

 

Reklam_3_11


"Rusiya tərəfi maraqlı təklif irəli sürüb. Bu, sonuncu təklifdir. Əsas danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. Məsələ hökumətin iclasında müzakirə olunduqdan sonra detallar barədə danışmaq olar", - deyə K. Kaladze bildirib.

 

Xatırladaq ki, "Qazprom-Eksport" şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır.
 

 

Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsidir. Gürcüstan 2007-ci ildən bu yana Rusiya qazı almır. Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır. Azərbaycan tərəfi isə 2016-cı ilin martından etibarən Gürcüstana nəql olunacaq qaz həcmlərini artırmağa razılıq verib.

 

Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.

Gürcüstan il ərzində Azərbaycandan 500 mln. kubmetr qaz ala bilir.

11.01.2017 10:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ