Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BVF qlobal iqtisadi artım proqnozunu artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF qlobal iqtisadi artım proqnozunu artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (BVF, İMF), 2017 və 2018-ci illərə dair qlobal iqtisadi artım proqnozlarını 0,1 bənd artıraraq müvafiq olaraq 3,6 faiz və 3,7%-ə qaldırıb.


 
"Marja" xəbər verir ki, BVF, Dünya İqtisadi Mənzərəsi Hesabatının Oktyabr 2017 sayını "Davamlı Böyüməyi Yönəlmək" başlığı ilə yayıb.
 

Reklam_3_11


Bu həftə başlayacaq "BVF-Dünya Bankının İllik Toplantıları" ərəfəsində açıqlanan hesabatda, qlobal iqtisadiyyatda inkişafın gücləndiyi bildirilib. 

 

Təşkilatın 2017 və 2018-ci illərə dair inkişaf proqnozları, iyul ayında müvafiq olaraq 3,5 faiz və 3,6 faiz olaraq müəyyənləşdirmişdi.

 

Dünya iqtisadiyyatında qısamüddətli risklərin azalmasına baxmayaraq, orta müddətdə bir çox ölkənin aşağı istiqamətli risklərə məruz qalacağı qeyd edilən hesabatda, inkişaf etmiş ölkələrdəki aşağı inflyasiyanın, yüksələn bazar iqtisadiyyatındakı maliyyə təlatümlərinin, qlobal maliyyə şərtlərininin sürətlə sərtləşdirilməsinin və proteksionist siyasətin sözügedən risklər arasında yer aldığı bildirilib.

 

BVF-nin hesabatında ABŞ, Yaponiya və bir çox Avropa ölkəsinin böyümə proqnozları yuxarı qaldırılıb.
 

ABŞ-da istehlak və investisiya qoyuluşlarının zəif olduğu ilk rübün ardından toparlandığı bildirilən hesabatda, ölkəyə dair artım proqnozları bu il 2,1%-dən 2,2%-ə, gələn il üçün isə 2,1%-dən 2,3%-ə yüksəldilib.


 
Avro Zonasına dair 2017 və 2018 artım proqnozlarını 0,2 bənd artıraraq müvafiq olaraq 2,1 faiz və  1,9%-ə qaldıran təşkilat, Almaniya, Fransa və İtaliya və İspaniyaya bağlı gözləntilərini də yüksəldib. Almaniya bu il 2%, gələn il 1,8% artacaq. 

10.10.2017 15:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ