Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Manatın faizi 6 səviyyələrinə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manatın faizi 6 səviyyələrinə düşüb

10 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 10 investor tərəfindən 20 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 88.9470 AZN (12.4949%) və 94.3688 AZN (6.0001%) olmuşdur.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 AZN (6.5000%), orta ölçülmüş qiyməti 94.1479 AZN (6.2501%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 25 000 000 AZN təşkil etmişdir. Faizlərin aşağı düşməsi tələbin təklifdən yüksək olması ilə bağlıdır.

 

İstiqrazların ödəmə tarixi – 09 oktyabr 2018-cu il.

 

Hərrac iştirakçıları 11 oktyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

10.10.2017 16:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ