Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

34 milyard dollar satışı olan şirkətdən tarixi qərar

iç səhifə xəbər başlığı altı (mobil)_31
34 milyard dollar satışı olan şirkətdən tarixi qərar

Dünyanın ən böyük pərakəndə mebel satışı şirkəti olan İsveçin IKEA şirkəti, məhsullarını elektron ticarət nəhəngləri Amazon və Alibaba üzərindən də satacaq.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, indiyədək IKEA, qlobal elktron ticarət saytları ilə əməkdaşlıq etməyi rədd edirdi. 9500 çeşiddə məhsulunu öz veb saytından satan İsveçli şəbəkə, artıq qərarını dəyişib, daha çox müştəriyə çatmaq üçün Amazon və Alibaba üzərindən də satışa başlayacaq.

 

1997-ci ildə veb saytını açan və ilk olaraq 2000-ci ildə yalnız Skandinaviyada elektronik ticarətə başlayan IKEA-nın bu bazara gec daxil olduğu üçün irəliləyə bilmədiyi bildirilir.

 

Amazon ötən il 136 milyard dollar, Alibaba isə 24 milyard dollar satış həcminə çatmışdı.

 

IKEA-nın 2016-cı il fəaliyyət hesabatına görə, şirkətin 34 milyard avro dəyərindəki cəmi satışında elektronik ticarətin payı isə yalnız 1.4 milyard avrodur.

 

ŞƏHƏR İÇİNDƏ BUTİK MAĞAZA

 

Elektron ticarətdəki payını artırmaq istəyən IKEA, ötən ay "Task Rabbit" adında mebel montajçıları və istehlakçılarını görüşdürən mobil tətbiqi satın alacağını da açıqlamışdı.

 

Bundan başqa, şəhər xaricinə yaxın bölgələrdə böyük mağaza konsepti ilə işləyən IKEA, şəhər içərisində butik mağazalar da açmağa hazırlaşır.

 

Yeniliklər arasında yalnız mətbəx məhsulları üzrə sifariş və təslimat nöqtələrinin yaradılması planı da var.

 

Dünyada 403 mağazası olan IKEA, internetə genişlənmək ilə bərabər, gələn ay Hindistan və Litvada  22 mağaza açma hazırlaşır. 49 ölkədə mağazası olan nəhəng şirkət 5 il ərzində Cənub Amerika bazarına da girəcək.

11.10.2017 05:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ