Neft, OPEC-in açıqlaması ilə bahalşıb

Neft qiymətləri, OPEC-in baş katibi Mohammad Barkindonun bazarın sürətli bir şəkildə yenidən tarazlaşmaqda olduğunu və gələn il güclü  xam neft tələbi olacağını bildirməsinin ardından yüksəlib. 

 

"Marja" xəbər verir ki, neft Nyu-Yorkda, əvvəlki iki seansda 3.3% bahalaşıb.

 

Barkindo, Çərşənbə axşamı günü etdiyi açıqlamada, qlobal iqtisadi inkişafın sürətləndiyini və bunun neftə təlabatı artıracağını söyləyib. Səudiyyə Ərəbistanı Enerji Nazirliyinin nəşr etdiyi istehsal planlarına görə, istehsal gələn ay 2015-ci ilin yanvar ayından bu yana ən aşağı səviyyəsinə enəcək.


Bakı vaxtı ilə saat 08:00-da Qərb Teksas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 51.03 dollardan, Brent nefti, Londonda  ICE Futures Europe birjasında 56.68 dollardan alıcı tapıb.

11 Oktyabr 2017, 08:26   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]