Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollara təsir edəcək 2 mühüm faktor

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollara təsir edəcək 2 mühüm faktor
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fed sədri və vergi islahatı


 

Mütəxəssislərə görə, ABŞ-ın vergi sistemindəki islahatlar və ABŞ Mərkəzi Bankına seçiləcək yeni “göyərçin” və ya “az şahin” sədr dollarda zəifliyə səbəb ola biləcək 2 əhəmiyyətli faktor olaraq önə çıxır.

 

Qeyd edək ki, maliyyə dünyasında, pul siyasətinin sərtləşdirilməsinin, o cümlədən faizlərin artırılmasının tərəfdarı olanlara "Şahin", yumuşaq pul siyasətinin, o cümlədən faizlərin aşağı saxlanılmasının tərəfdarı olanlara isə "Göyərçin" deyilir.

 

“Marja” “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump-ın namizəd göstərəcəyi yeni Fed sədri və yeni sədrin "aşağı faiz" siyasətinə nə qədər inandığı əhəmiyyətli olacaqdır.

 

ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN

 

Hazırkı sədr Janet Yellenin yerinə gəlməsi gözlənilən adlar arasında keçmiş Fed üzvlərindən Kevin Warsh da var. Warsh "şahin" bir siyasət tərəfdarı olaraq tanınır, bu da güclü faiz artımlarının müdafiəçisi ola biləcəyi mənasını verir. Ancaq bəzi treyderlər yeni sədrin aqressiv  bir "şahin" olmayacağını hesab edirlər.

 

Mütəxəssislər bildirirlər ki, daha "şahin" bir Fed sədri riski ortadan qalxınca və Avropa Mərkəz Bankının monetar təşviqi azaltma zamanın dəqiqləşməsindən sonra dollardakı zəiflik davam edəcək. Avropa Mərkəzi Bankının pul siyasətini sərtləşdirməsi siyasətii nəticəsində dolların avro qarşısında dəyərdən düşəcəyi bildirilir. Qeyd edək ki, Avropa Mərkəzi Bank yumuşaq pul siyasətini sərtləşdirməyə, o cümlədən qiymətli kağızların alışını nəzərdə tutan monetar təşviqi azaltmağa başlamağa hazırlaşır.

 

VERGİ İSLAHATI

 

ABŞ Prezidenti Donald Trump yeni vergi islahatı təklifinin ana xəttlərini Sentyabr ayında açıqlamışdı. Yeni vergi islahatına görə, şirkətlər üçün 35% olan vergi 20%-ə endiriləcək.

 

 KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ

 

Vergi endirimlərinin orta müddətdə  büdcə kəsirinə səbəb olacağı üçün dollarda çox bahalaşma gözlənmir.  Mütəxəssislər "Vergi dərəcəsində azalma şirkətlərin sərmayələrini dəstəkləyəcək, şirkətlər maaşları artırmaq yerinə maşın və avadanlıqlara sərmayə qoyacaqlar. Bu vəziyyət də inflyasiyadakı son yüksəlişi dayandıracaq və Fed-in faizin artırması planına da təsir edəcək" , - deyə bildirirlər. Maşşaların artırlmaması, istehlakın artmayacağı və inflyasiyanın yüksəlməyəcəyi deməkdir. İnflyasiya aşağı qaldıqca, mərkəzi banklar faiz artırmağa tələsmirlər.

 

ABŞ dolları mühüm pul vahidlərindən ibarət "səbət" qarşısında ilin əvvəlindən bəri 9% düşüb.

11.10.2017 06:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ