Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Türkiyə bankına etibar edilən pullar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Türkiyə bankına etibar edilən pullar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycanda Türkiyə bankına etibar edilən pullar artır.

 

Ölkəmizdə bir çox insanlar hesab edir ki, “Ziraat Bank Azərbaycan” Türkiyənin nəhəng “Ziraat Bankası”nın törəməsi olduğundan bu bankın çətinliyə düşməsi ehtimalı aşağıdır. Bank müflis olsa belə Türkiyə bankı qlobal imicinə xələl gətirməmək üçün əmanətləri tam geri ödəyəcəkdir.

 

"Marja" Banka istinadən xəbər verir ki, 2016-cı ilin sonuna olan məlumata görə, “Ziraat Bank Azərbaycan”da fiziki şəxlərin cəmi depozitləri  21 milyon 906 min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri  17 milyon 159 min manata çatıb.

 

2015-ci ilin sonunda “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin cəmi 2 milyon 451 min manat depoziti var idi ( ocümlədən 1 milyon 92 min manat müddətli depozitlər).  Qısası ötən il Bankda fiziki şəxslərin cəmi əmanətləri 9 dəfədən çox artıb. (Bankın əmanət şərtləri barədə buradan oxuya bilərsiniz)

 

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2016-cı ili müsbət göstəricilər ilə başa vurub. Ətraflı buradan oxuyun.

 

Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.

 

Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.

11.01.2017 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ