Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"AFB Bank" Büdcə şöbəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AFB Bank" Büdcə şöbəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

MALİYYƏ DEPARTAMENTİ

 

Vəzifə: Büdcə şöbəsinin baş mütəxəssisi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis) 

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Orta ixtisas və ya ali təhsil;

-Maliyyə təhlili üzrə iş təcrübəsi;

-Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;

-Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);

-Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;

-Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;

-MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur);

-Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).

 

İŞİN TƏSVİRİ:

-Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;

-Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, habelə qiymət siyasəti barədə təkliflərin hazırlanması;

-Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;

-Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;

-Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın Maliyyə təhlilinin aparılması.

 

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

11.10.2017 07:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ