Ən yuxarı statik reklam_3

“NBC Bank” çətin vəziyyətdən çıxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“NBC Bank” çətin vəziyyətdən çıxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

NBC Bank ASC 2017-ci ilin 9 ayını 2 milyon 485 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın maliyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın faiz gəlirləri 10 milyon 490 min manat, qeyri faiz gəlirləri isə 2 milyon 518 min manat təşkil edib.

 

Bankın xərcləri 9 milyon 61 min manat təşkil edib. Bundan başqa, NBC Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 462 min manat ayırıb. Nəticədə Bank 9 ayı 2 milyon 485 min manat xalis mənfəətlə bağlayıb.

 

“NBC Bank” 2016-cı ildə ehtiyatlara 7 milyon 249 min manat ayırmışdı. Ehtiyatlara ayırmaların bu il ötən illə müqayisədə azalması gecikmədə olan kreditlərin artmasının yavaşladığına işarədir. Həmçinin, ayırmaların azalması Bankın xalis mənfəət əldə etməsinə imkan verir. 

 

Bank 2015-ci ili 13 milyon 791 min manat, 2016-cı ili isə 1 milyon 797.5 min manat zərərlə başa vurmuşdu.

 

Rəqəmlərə əsasən proqnoz vermək olar ki, bu il bank ötən illə müqayisədə nisbətən az faiz gəlirləri əldə etsə də, ili xalis mənfəətlə bağlaya bilər. Əksər Azərbaycan banklarının faiz gəlirlərində azalma müşahidə olunur. 

 

AKTİVLƏRİ ARTIB

 

NBC Bank 30 Sentyabr 2017-ci il tarixində 171 milyon 815 min manat cəmi aktivlərə, 115 milyon 891 min manat cəmi  və 55 milyon 924 min manat cəmi kapitala malik olub.

 

Bank 2016-cı ilin sonunda 158 milyon 970 min manat cəmi aktivlərə, 106 milyon 31 min manat cəmi öhdəliklərə və 52 milyon 939 min manat cəmi kapitala malik idi.

 

KREDİT VƏ DEPOZİTLƏR ARTIB

 

Bankın müştərilərə verdiyi kreditlər 2016-cı ilin sonundakı 125 milyon 751 min manatdan 127 milyon 934 min manata qalxıb. Müqayisə olunan dövrdə depozitlər isə 67 milyon 598 min manatdan 71 milyon 331 min manata yüksəlib.

 

VAXTI KEÇMİŞ KREDİTLƏR AZALIB

 

30 Sentyabr 2017-ci il tarixində NBC Bankda ödəmə vaxtı keçmiş kreditlər portfelin 10%-indən az olub (cəmi 12 milyon 198 min manat). 2016-cı ilin sonunda vaxtı keçmiş kreditlər 13 milyon 354 min manat idi. 

 

Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

11.10.2017 09:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ