Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Siemens" Azərbaycanı təriflədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Siemens" Azərbaycanı təriflədi

"Azərbaycan təhlikəsiz ölkədir və bu amil investorlar üçün olduqca vacibdir".

 

Reklam_3_11

Bu barədə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Axundov bildirib.


 
Onun sözlərinə görə, Azərbaycan bazarı olduqca dinamikdir: "Biz şirkətin Azərbaycanla əməkdaşlığı 250 illik tarixə malikdir: "Siemens AG" 1999-cu ildə Azərbaycana qayıdıb və o gündən bazarın dinamikasını hiss edir. Biz Azərbaycan iqtidsadiyyatının bir çox sektorlarında fəaliyyət göstəririk. Bizim tərəfdaşlarımız arasnda "Bakı Metropoliteni" QSC, AZAL, "Azərenerji" kimi dövlət şirkətləri də var. Azərbaycan təhlükəsiz ölkədir və bu amil onun ən böyük üstünlüklərindədir".
 


S. Axundov vurğulayıb ki, neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün bir sıra çətinliklər yaratsa da, hökumət bu çətinliklərin öhdəsindən gələ bilib:

 

"Neftin kəskin ucuzlaşmasında sonra Azərbaycan hökuməti bu çağırışlara cavab verdi. Mən bu baxımdan elektronlaşmanı xüsusi vurğulamaq istərdim. Bir sıra dövlət xidmətlərinin elektronlaşdırılması rəğbətlə qarşılanmaya bilməz. Mən "ASAN xidmət"dən danışmaya bilmərəm. Bu yaxınlarda mənim Almaniyadan olan bir həmkarım Gürcüstanda idi və o, Bakıya gəlmək üçün "ASAN Viza" xidmətinin köməyi ilə çox qısa müddətdə viza alıb Azərbaycana gələ bildi. "ASAN xidmət" investorlar üçün olduqca önəmli layihədir. Belə ki, biz bir sıra xidmətlərdən yararlandığımız zaman vaxt itirmirik, proseslər isə olduqca şəffaf baş tutur. Başqa sözlə, bu kimi amillər ölkəyə xarici kapitalın axınına rəvac verir. Əvvələ qayıtsaq, bir daha deyə bilərəm ki, Azərbaycan hökuməti neftin ucuzlaşmasının yaratdığı fəsadların öhdəsindən məharətlə gəldi".

 

© APA

11.10.2017 09:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ