“AtaHolding” baş ofisinin yerini dəyişir
“AtaHolding” MMC bu il baş ofisinin yerini dəyişəcək. Şrkətlər qrupu Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi,55 ünvanındakı “Yeni Həyat Plaza”dan paytaxtın Xətai rayonu, Xocalı prospekti,45A ünvanında inşa etdirdiyi binaya köçməyi planlaşdırır.
İnşasına ötən il, mayın 4-də başlanmış bina bu il aprelin 30-da təhvil verilməlidir. Layihənin sifarişçisi “AS Capital” MMC, müəllifi “Platek-House” MMC, podratçısı isə “İstanbul Çarşı import export” MMC-dir. 15 mərtəbəli binanın hündürlüyü 65 metr, uzunluğu 51 metr, eni isə 22 metrdir.
Xatırladaq ki, “AtaHolding” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 125,345 mln. manatdır. Şirkətlər qrupunun təsisçiləri 3 şirkət – 51,15%-lik payla Panamada qeydiyyatdan keçmiş “Hughson Management İnc.” və 25,08%-lik payla “Clonmel International İnc.”, eləcə də Seyşel adalarında qeydiyyatdan keçmiş 23,77%-lik payla “Asbet Ltd.”dir.
Holdinqin tərkibinə “Atabank” (76% payla), “Bank VTB (Azerbaijan)” (48,99% payla), “Atasığorta” (100% payla) və “Ataleasing” (64% payla) ASC-lər, “AtaTravel” (100% payla), “AtaTexnologiya” (100% payla), “Şəmkir Quşçuluq” (100% payla) MMC-lər, “Excelsior Hotel Baku” (100% payla), “AtaSport” idman klubu (100% payla), “Ataİnkişaf” fondu (100% payla) daxildir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
17 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
20 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
20 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 23 saat əvvəl
- 1 gün əvvəl