Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə imkanları var, müflis elan edilməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə imkanları var, müflis elan edilməyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Başak- İnam Sığorta” şirkətinin müflis elan edilməsi gözlənilmir.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Məlumata görə, MBNP sığorta şirkətlərinin məcmu kapitalı 30%-dək azaldığı halda məcburi ləğvetmə prosesinə başlayır. “Başak İnam Sığorta” şirkəti isə ləğvetmə üçün könüllü qaydada müraciət edib. Sığorta şirkətinin məcmu kapitalı təxminən 30%-dək azaldığı üçün şirkətin ləğvetmə prosesinə başlanılıb. Bununla belə, sığorta şirkətinin öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət qədər maliyyə imkanlarına malikdir. Bu baxımdan onun müflis elan edilməsi gözlənilmir.


Sığorta şirkətinin öhdəliklərinin hansı şəkildə yerinə yetirilməsinə gəlincə, bununla bağlı qərar noyabr ayının 6-dək veriləcək. Qeyd edək ki, sığorta şirkətlərinin məcmu kapitalına qoyulan tələb 5 milyon manat təşkil edir.

 

Xatırladaq ki, lisenziyası ləğv edilən “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğv prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

 

© Fins.az

11.10.2017 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ