Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“PAŞA Həyat” 50 milyon manat daha çox toplayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” 50 milyon manat daha çox toplayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Həyat” 2017-cı ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin "Marja"ya verdiyi məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin 9 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 112,192 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,389 mln.manat və ya 81,5% çoxdur.

 

E.Hüseynquluyev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 38,288 mln. manat həcmində ödəniş edilib. Ödənişlər müvafiq dövrlə müqayisədə 12,691 mln. manat və ya 50% artıb.

 

“PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Сari ilin sentyabr ayının 1-nə cəmiyyətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edib.

 

Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı Təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.

11.10.2017 10:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ