Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sumqayıtda Dünya İqtisadi Forumunun tədbiri keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda Dünya İqtisadi Forumunun tədbiri keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya İqtisadi Forumunun nüməyəndəsi Azərbaycan gəncləri ilə görüşüb


 

Sumqayıt şəhəri Şeyp Avrasiya 2018 (“SHAPE Eurasia 2018”) tədbirinə ev sahibliyi edəcək.

 

2018-ci ilin may ayında keçiriləcək və 3 gün davam edəcək Şeyp Avrasiya 2018 tədbiri Dünya İqtisadi Forumunun (Davos Forumu) gənclər platforması olan Qlobal Şeypers (“Global Shapers”) Sumqayıt mərkəzi (Sumgait Hub) tərəfindən təşkil olunacaq.

 

Dünya İqtisadi Forumunun nümayəndəsi Natali Pirs bu məqsədlə Azərbaycan gəncləri ilə görüş keçirmiş və onları tədbirə ev sahibliyi etmək üçün verilən ərizələr arasında Avrasiya regionunda ən yaxşısı olduğunu vurğulamışdır. Natali Pirsin qeyd etdiyi kimi Azərbaycan Dünya İqtisadi Forumu ilə uzun müddətdir ki yaxından əməkdaşlıq edir və son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı ilə yanaşı, Sumqayıtda da belə formatlı tədbirin keçirilməsi ilə əhəmiyyətli uğurdur.

 

Natali Pirs qeyd etmişdir ki, hər il üzv olan 370 şəhərdən cəmi 8-nin regional ŞEYP tədbirini keçirmək imkanı əldə edir. Tədbirdə 30-dan çox ölkənin nümayəndəsini əhatə edən 100-dən çox iştirakçının olması gözlənilir. İştirakçılar tədbir çərçivəsində təşkil olunacaq panel sessiyalarda öz fikir və təşəbbüslərini bölüşmək, eləcə də bir-biriləri ilə əməkdaşlığı artırmaq və müzakirələr aparmaq imkanı əldə edəcəklər. Tədbirdə həmçinin dövlət və hökumət rəsmiləri, sahibkarlar, aparıcı şirkətlərinin nümayəndələri də iştirakı nəzərdə tutulub. Digər regionlar üzrə Tailandın Banqkok, Braziliyanın Sao Paulo, Cənubi Afrikanın Yohannesburq şəhərləri tədbirə ev sahibliyi etmək üçün seçiliblər.

 

Qlobal Şeypers Sumqayıt mərkəzinin kuratoru Əmir Quluzadə bildirib ki, son illər ölkədə aparılan iqtisadi islahatlar Azərbaycanın Forum tərəfindən tərtib olunan Qlobal Rəqabət Qabiliyyəti İndeksində yüksəlməsini təmin etmişdir və Azərbaycan gəncləri də ölkədə qeyri-neft sektorunun inkişafına töhfə verməyə hazırdırlar. O əlavə edib ki, ŞEYP Avrasiya 2018 proqramı əsasən sahibkarlıq, şirkətlərin institusional hazırlığı və rəqəmsal gələcək modulları üzərində qurulacaq. Qeyd edək ki, Əmir Quluzadə sentyabrın əvvəlində Cenevrədə Dünya İqtisadi Forumun qurucusu Professor Klaus Şvabla görüşərək fikir mübadiləsi aparmışdır.

 

Şeyp-Avrasiya 2018 təşkilatçıları komandasının digər aparıcı üzvləri Oksana Həsənova və Maksud Tuayev tədbir zamanı dünyanın müxtəlif şəhərlərindən gələn mütəxəssis gəncləri Azərbaycanın ixrac yönümlü müəssisələrə səfərlərin təşkilini də nəzərdə tutduqlarını qeyd ediblər.

 

Qlobal Şeypers Sumqayıt mərkəzi hal-hazırda tədbirin təşkili ilə əlaqədar olaraq maraqlanan dövlət və özəl şirkətlər ilə də əməkdaşlıq etməyə hazırdır.

 

https://www.facebook.com/GlobalShapers/photos/a.259141110791356.61954.212954698743331/1582596658445788/?type=3&theater

11.10.2017 10:56

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ