Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Devalvasiyadan sonra Gürcüstan və Türkiyəyə axan vəsaitləri geri qaytara bildik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Devalvasiyadan sonra Gürcüstan və Türkiyəyə axan vəsaitləri geri qaytara bildik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Mərkəzi Bankı (AMB) mütəmadi olaraq bazarda monitorinqlər aparır. Tənzimləyicinin əsas vəzifələrindən biri də inflyasiyanı hədəflənən səviyyədə saxlamaqdır. Bir çoxları deyir ki, Azərbacanda uçot dərəcəsi yüksəkdir. Bu səbəbdən ölkədə kreditlər yüksək faizlərlə verilir. Razıyam. Lakin reallıq nədən ibarətdir? Məsələ burasındadır ki, AMB maliyyə axınını təmin edərsə, inflyasiya sürətlənər, qiymətlər artar".
 


Bu barədə İqtisadi İslahatların Təhlili və  Kommunikasiya Mərkəzinin eksperti Vüsal Musayev Azərbaycan-Almaniya biznes forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib.


 
Onun sözlərinə görə, manatın devalvasiyasından sonra sahibkarlarda inamsızlıq yarandı:

 

"Bunun nəticəsində ölkədən kapital axını baş verdi. Hətta iri sahibkarlar vəsaitlərini ölkədən çıxararaq Gürcüstan və Türkiyəyə yatırım etməyə başladılar. Bundan sonra Azərbaycan hökuməti tənzimləyici üsullara əl atdı. Bu addımlar nəticəsində biz maliyyə axınının qarşısını ala bildik. Üstəlik, ixracı stimullaşdırmağa nail ola bildik. Başqa sözlə, Gürcüstan və Türkiyəyə axan maliyyə vəsaitini geri qaytarmağı bacardıq. Düzdür, buna tam nail ola bilmədik. Bununla yanaşı, biz sahibkarları, o cümlədən xarici investorları ölkə iqtisadiyyatına yatırım etməyə inandıra bildik".


 
V. Musayev vurğulayıb ki, 2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin daxilolmaları 20 mlrd. manat təşkil edəcək. Bununla yanaşı, qurum rəsmisi büdcə xərclərinin həcmini açıqlamayıb. 

 

© APA

11.10.2017 11:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ