Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"AccessBank": Manatın stabilləşməsi əks dollarlaşmanı sürətləndirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AccessBank": Manatın stabilləşməsi əks dollarlaşmanı sürətləndirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ötən illər Azərbaycanın bank sektorunun restrukturizasiyası ilə yadda qalıb. "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatlarına əsasən, bank sektorunda konsolidasiya prosesi yaxın illərdə davam edəcək. Bu isə Azərbaycan bankları daha möhkəm edəcək və bank sektorunu stabilləşdirəcək".
 


Bu barədə "AccessBank"ın Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.
 


Departament rəhbərinin sözlərinə görə, 30 dollaradək ucuzlaşmadan sonra neftin qiymətinin 50 dollara çatması, hökumət tərəfindən tənzimləyici addımların atılması milli valyutamızın məzənnəsinin stabilləşməsinə səbəb olub:

 

"Manatın məzənnəsinin stabilləşməsi milli valyutada kreditləşmənin bərpasına imkan verir. Düzdür, xarici valyutada verilən kreditlər üzrə faiz dərəcələrinin aşağı olması onları daha cəlbedici edir. Bu baxımdan xarici valyuta qazanc əldə edən ixracyönümlü şirkətləri xüsusilə qeyd etmək istərdim".


 
G. Cəlilova əlavə edib ki, manatın məzənnəsinin stabilləşməsi dedollarizasiya proseslərini sürətləndirib. Bu baxımdan xanım bankir təmsil etdiyi bankı misal gətirib.

 

"Biz manatda yatırılan depozitlərin həcmində artım görürük ki, bu da milli valyutaya olan inamı əks etdirir", - deyə G. Cəlilova vurğulayıb.

 

© APA

11.10.2017 13:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ