Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

OPEK-in neft hasilatı sentyabrda artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEK-in neft hasilatı sentyabrda artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı, sentyabr ayında avqust ayı ilə müqayisədə 88 min barrel artaraq 32 milyon 750 min barelə yüksəlib.


 
"Marja" xəbər verir ki, OPEC-in Neft Bazarı Hesabatına görə, sentyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 410 min artaraq 96 milyon 500 min barel olub.

Reklam_3_11


 
Sentyabrda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 310 min barrel artıb və 57 milyon 57 min 650 barelə yüksəlib.


 
OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 88 min barrel artaraq 32 milyon 750 min barel təşkil edib. OPEC-in sentyabrda qlobal neft hasilatı içərisindəki payı 34 faiz səviyyəsində qalıb.


 
Keçən ay OPEC üzvlərində xam neft hasilatı ən çox Liviya, Nigeriya, İraq və Qabon yüksəlib, Venesuelada isə azalma baş verib.
 
  
 QLOBAL TƏLƏBAT ARTACAQ


 
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illlə müqayisədə 1 milyon 400 min barel artımla gündəlik 98 milyon 190 min barelə çatacaq.


 
OPEC-in 2018-də xam neft hasilatı isə bu illə müqayisədə 300 min barel artaraq 33 milyon 100 min barrelə çıxacaq. OPEC xaricindəki ölkələrin neft hasilatı isə 2018-də gündəlik 94 min barel artımla 58 milyon 640 min barreli təşkil edəcək
 

11.10.2017 14:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ