Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiyadan Azərbaycana 1,3 milyardlıq ixrac

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan Azərbaycana 1,3 milyardlıq ixrac

Azərbaycan bu ilin yanvar-avqust aylarında Rusiya Federasiyasına (RF) 435,7 milyon ABŞ dolları dəyərində mal ixrac edib. Ötən ilin həmin dövründə bu məbləğ 256 milyon ABŞ dolları təşkil edib. Bu barədə RF Federal Gömrük Xidmətinin (FGK) məlumatında deyilir.

 

Reklam_3_11

FGK məlumatına görə, Azərbaycan Rusiyadan  2017-ci ilin yanvar-avqust aylarında 1 milyard 273,4 milyon dollarlıq mal idxal edib. Keçən il bu məbləğ 799,5 milyon dollara bərabər idi.

 

Hesabat dövründə Rusiyaya Belarusdan 8 milyard 45.9 milyon dollarlıq, Qazaxıstandan 3 milyard 253 milyon dollarlıq, Ermənistandan 299,5 milyon dollarlıq, Ukraynadan 3047 milyon dollarlıq mal ixrac edilib.

 

Rusiyanın aparıcı iqtisadi tərəfdaşı Avropa İttifaqıdır. Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin 43 faizi Avropa İttifaqının payına düşüb. Uzaq xarici ölkələrlə əlaqələrə gəldikdə isə Rusiyanın hesabat dövründə əsas ticarət tərəfdaşı Çin olub. Bu ölkə ilə əmtəə dövriyyəsinin həcmi 54,4 milyard dollar, Almaniya ilə 31,3 milyard dollar, Niderland ilə 26,4 milyard dollar təşkil edib.

 

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-avqust dövründən Azərbaycandan Rusiyaya ixrac 364 milyon  min dollar, Rusiyadan idxal isə  913  milyon 227 min dollar təşkil edib. 

 

© Azərtac

11.10.2017 14:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ