Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed protokolları açıqlandı, Dollar ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed protokolları açıqlandı, Dollar ucuzlaşdı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) 19-20 Sentyabrda keçirdiyi toplantısının protokolları dərc olunub.
 

"Marja" xəbər verir ki, protokollara görə, bir çox Fed rəsmisi inflyasiyanın uzun müddət aşağı olacağından ehtiyat edirlər.

 

Bəzi Fed rəsmiləri, inflyasiya yüksələnə qədər faizin artırılmasının təxirə salınması lazım olduğunu müdafiə edir. Buna baxmayaraq, Fed rəsmilərinin böyük bir qismi, bu ilin sonuna qədər bir dəfə  faiz artırmağın zəruri olduğu barədə fikir bildiriblər.


 
Rəsmilər, inflyasiyanın zəif qalmasından dolayı bankın yumuşaq pul siyasətini bir az da davam etdirməsi lazım olduğunu qeyd ediblər.


 
Fed keçən aykı toplantısında balansını Oktyabr ayında azaltmağa başlayacağını açıqlamışdı. İclasda bankın 4,5 trilyon dollarlıq balansının yaxın zamanda azaldılması  təsdiq edilib.
 

Bir çox Fed rəsmisi, qarşıdakı aylarda qiymətlərdə baş verəcək artımın ötən günlərdə baş verən qasırğaların nəticəsi ola biləcəyini dilə gətirib.


 
 Fed rəsmiləri, iqtisadiyyatın yaxşı getdiyi barədə razılığa gəliblər.

 

DOLLAR UCUZLAŞIB


Dollar, üzvlər arasında aşağı inflyasiyanın uzunmüddətli ola biləcəyinə dair narahatlıqları göstərən Fed protokollarının dərc olunmasının ardından bir həftənin ən aşağı səviyyəsinə enib. Avro/dollar məzənnəsi yenidən 1.19 səvyyəsinə yaxınlaşıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb)

12.10.2017 07:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ