Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naftalanda ən yüksək göstərici

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naftalanda  ən yüksək göstərici

Ötən il Naftalanın kurort-sanatoriya və turizm mərkəzləri 54 ölkədən turist qəbul edib. Həmin mərkəzlərdə bir ildə 25 min turist istirahət edib, yaxud müalicə alıb. Bu isə ölkəmiz müstəqillik əldə etdikdən indiyədək Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

 

Reklam_3_11

Bu barədə  Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, son illər şəhərdə turizmin sağlamlıq, istirahət-əyləncə sahələrinin inkişafı istiqamətində görülən işlər, istifadəyə verilən beş ulduzlu otellər, təklif olunan xidmətlər, hər kəs üçün münasib qiymətlər, eləcə də şəhərin turizm imkanlarının ardıcıl təbliği yerli və xarici turistlərin sayına müsbət təsir göstərib.

Şəhərə gələn turistlərdən 5 min 200 nəfəri xaricilər olub. Əcnəbilərdən Rusiya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və İsraildən olan turistlər çoxluq təşkil edib. Həmçinin ötən il ilk dəfə olaraq Cənubi Amerika, Avstraliya, Afrika və Uzaq Şərq ölkələrindən də turistlər qəbul edilib.

11.01.2017 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ