Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nikoil Bank “yaralarını sarıyır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Nikoil Bank “yaralarını sarıyır”

“Nikoil Bank” ASC 2017-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 51 milyon 390 min manat, cəmi xərcləri isə 29 milyon 826 min manat təşkil edib. Nəticədə, 21 milyon 562 min manat əməliyyat mənfəəti yaranıb. Bu ilin 9 ayı üzrə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 21 milyon 689 min manat ayırıldığından, bank 140 min manat zərər edib.

 

Xatırladaq ki,“NikoilBank” 2016-cı ili 148 milyon 538,8 min manat zərər ilə başa vurmuşdu. Səbəb, Bankın ehtiyatlara 198 milyon 518 min manat ayrılması idi. 

 

30 Sentyabr 2017-ci il tarixində “Nikoil Bank” ASC 410 milyon 684 min manat cəmi aktivlərə, 369 milyon 480 min manat cəmi öhdəliklərə və 41 milyon 203 min manat cəmi balans kapitalına malik olub.

 

Bank 2016-cı ilin sonunda 439 milyon 726 min manat cəmi aktivlərə, 399 milyon 165 min manat cəmi öhdəliklərə və 40 milyon 561 min manat cəmi kapitala malik olub.

 

Bankın müştərilərə verdiyi kredirlər 340 milyon 277 min manatdan 292 milyon 124 min manata geriləyib.

 

Ötən ilin sonu ilə müqayisədə “Nikoil Bank”ın məcmu kapitalı, 52 milyon 280 min manatdan 52 milyon 598 min manata qalxıb.

12.10.2017 08:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ