“Bu, yaxşı gəlir mənbəyi olacaqdır”
Kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıq və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik.
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
“Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi təxminən 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
4 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 4 saat əvvəl
-
5 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 5 saat əvvəl
-
7 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 7 saat əvvəl
-
7 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
8 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir