Səudiyyə Ərəbistanından 27 il sonra bir ilk!

Səudiyyə Ərəbistanının "Flynas" hava yolu şirkəti bir neçə həftə ərzində İraqa uçuşlara başlayacağını açıqlayıb.


Ər-riyad hökumətinin Bazar ertəsi günü İraqla birgə ticarət komissiyası yaratmaq qərarı verməsinin ardından, ölkənin Flynas" hava yolu şirkəti də mühüm qərarını açıqlayıb.


 
"Marja" xəbər verir ki, hava yolu şirkətindən verilən açıqlamada, ilk fazada İraqın müəyyən regionlarına uçuşların həyata keçiriləcəyi elan edilib.


 
1990-ci ildə keçmiş İraq Prezidenti Səddam Hüseynin Küveytə hücum etməsinin ardından İraq və Səudiyyə Ərəbistanı arasında bütün uçuşlar dayandırılmışdı.


 
Digər tərəfdən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İraqın nüfuzlu Şiə din xadimi Mukteda el-Sadr ilə yaxın əlaqə qurmuş  və ölkələrində qonaq etmişdi. 

12 Oktyabr 2017, 12:09   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin