Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA Bank “İnvestorlar yarmarkası”-nın baş sponsoru qismində çıxış edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank “İnvestorlar yarmarkası”-nın baş sponsoru qismində çıxış edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – 5-ci “İnvestorlar yarmarkası 2017”-nin baş sponsoru qismində çıxış edib.

 

Reklam_3_11

Oktyabrın 6-da Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən keçirilən tədbirin əsas məqsədi ölkənin regionlarında kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün xarici investorların cəlb edilməsi olmuşdur.

 

Bu il “Mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar” adlı konfransda iştirak etmək üçün həm özəl, həm də dövlət sektorundan 100-dən artıq nümayəndə dəvət olunmuşdur. Tədbirə dəvət olunanlar sırasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq maliyyə korporasiyasının, özəl bankların, bank olmayan kredit təşkilatların, investisiya şirkətlərinin və digər yerli və beynəlxalq təşkilat və strukturların nümayəndələri daxil idi.

 

“Mikromaliyyələşdirmə sektorunun gələcəyi” və “Maliyyə texnologiyaları erası” adlı işçi sessiyaları çərçivəsində konfrans iştirakçıları, həmçinin dəvət olunmuş mütəxəssislər hal-hazırda bazarın oyunçularının üzləşdiyi aktual problemləri və çağırışları, habelə dövlətin tənzimləyici orqanlarının sektorun inkişafındakı rolunu müzakirə etmişlər. Ekspertlər fəallığın stimullaşdırılması üçün zəruri olan bir sıra tədbirlərin, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı kontekstində bazar oyunçularının fəaliyyətində innovativ təcrübələrin tətbiqinin müzakirəsinə xüsusi diqqət yetirmişlər.

 

Tədbir çərçivəsində həmçinin AMFA-nın təsis etdiyi xüsusi mükafatların sahiblərinin adları çəkilmiş və laureatların təntənəli təltif etmə mərasimi keçirilmişdir. “İlin peşəkarı” nominasiyasında mükafatın sahibi AMFA-nın İdarə Heyətinin üzvü, PAŞA Bankın Baş kommersiya inzibatçısı Melih Mengü seçilmişdir.
Qeyd edək ki, işgüzar “İnvestorlar yarmarkası” konfransı Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 2009-cu ildən keçirilir.

12.10.2017 10:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ