Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

IEA: Sentyabrda qlobal neft hasilatı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
IEA: Sentyabrda qlobal neft hasilatı artıb


Beynəlxalq Enerji Agentliyi (IEA), qlobal neft bazarı yenidən tarazlaşma işarələri göstərməyə davam etsə də, Sentyabr ayında dünya neft hasilatının ABŞ-ın istehsalındakı artımın təsirilə yüksəldiyini bildirib.


 
"Marja" xəbər verir ki, IEA bu gün yaydığı hesabatda qlobal neft hasilatının Sentyabr ayında Avqust ayı ilə müqayisədə  90 min barel artaraq 97,5 milyon barel/gün olduğunu bildirib, istehsalın ötən ilin eyni dövrü ilə müqayisədə 620 min barel/gün qalxdığını qeyd edib.

Reklam_3_11


 
Qlobal neft tələbi üçün 2017 artım proqnozunu 1,6 milyon barel/gün olaraq davam etdirən IEA, 2018-ci ildə isə tələbatda artımın 1,4 milyon barel/gün təşkil edəcəyini proqnozlaşdırıb.


 
IEA hesabatda, "OPEC-in hasilatının dəyişməyəcəyini və 2018-ci ilin dörd rübündən üçündə aşağı yuxarı eyni olacağını gözləyirik",- qeyd edilib.


 
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə OPEC-in hasilatı Sentyabr ayında əvvəlki ayala müqayisədə 10 min barel artaraq 32,65 milyon barel olarkən, keçən ilin eyni dövrü ilə müqayisədə 400 min barel/gün aşağı düşüb.

12.10.2017 11:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ