Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qəbələdən Avropaya üzüm ixracı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəbələdən Avropaya üzüm ixracı

Qəbələ rayonunun Savalan kəndi ərazisində salınan və 343 hektar sahəsi olan üzüm plantasiyasında məhsul yığımı başa çatıb. Tədarük olunan məhsul “ASPİ-AGRO” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı zavoduna təhvil verilib.

 

Reklam_3_11

Müəssisə texniki sortlardan olan üzümdən şərab istehsal etməklə yanaşı, süfrə üzümlərini daxili bazara çıxarıb, eləcə də müqavilə əsasında Rusiyaya ixrac edib. Gələcəkdə Qəbələdən digər MDB ölkələrinə və Avropaya üzüm ixrac edilməsi qarşıya məqsəd qoyulub.

 

Zavoddan verilən məlumata görə, plantasiyanın 298 hektar sahəsində texniki, 45 hektar sahəsində isə süfrə sortlarından olan üzüm tingləri yetişdirilib. Üzüm bağlarında “ASPİ -AGRO” MMC-nin sifarişi ilə İtaliya və Fransadan gətirilən 21 növ texniki və 14 növ süfrə üzümü əkilib. Bu il italiyalı mütəxəssislərin rəhbərliyi ilə üzüm tinglərinə yüksək aqrotexniki qulluq göstərilib və ötən ildəkindən daha keyfiyyətli məhsul əldə edilib.

 

Üzüm plantasiyasından 1800 ton məhsul toplanılıb ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Bu ilin martında müəssisə tərəfindən İtaliyadan gətirilən “Arinorno”, “Rebo”, “Verdexo”, “Qrenaj” sortlarından ibarət daha 3 hektar sahədə yeni üzüm bağı salınıb. Hazırda isə şərab istehsalı üçün daha məhsuldar hesab edilən üzüm sortlarından ibarət 5 hektar sahədə yeni bağın salınması üçün hazırlıq işləri görülür.

 

Zavoddan bildirilib ki, Fransa və İtaliyadan gətirilən yeni üzüm sortları hesabına daha fərqli çeşiddə və rəqabətə davamlı şərablar istehsal etmək, xarici bazara məhsul ixracını artırmaq mümkün olacaq.

 

Hazırda zavodda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. Zavodun məhsulları bir sıra beynəlxalq şərab və dequstasiya sərgilərində qızıl medal qazanıb. “Made in Azerbaijan” brendinin xarici bazalarda təşviqi üçün keçirilən bütün ixrac missiyalarında iştirak edən “Savalan” zavodu gələn ay Çinin Honkonq şəhərində təşkil olunacaq növbəti belə tədbirdə öz məhsullarını potensial alıcılara təqdim edəcək.

 

© Azərtac

12.10.2017 12:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ