Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İlin sonunda “Bitcoin”in qiyməti 7000 dolları keçəcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İlin sonunda “Bitcoin”in qiyməti 7000 dolları keçəcək”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İlin əvvəlində, ilin sonunda“Bitcoin”in qiymətinin qalxacağını bildirmişdim, elə də oldu”.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu "ETI - eTicarət İcması"nın təsisçisi Rəşad Camal Mehdiyev öz Facebook səhifəsində təşkil etdiyi canlı yayımda bildirib.

 

O qeyd edib ki, ilin sonuna qədər qiymət artımı davam edəcək:

 

“Mən düşünürəm ki, əgər ciddi qloballər baş verməsə, ilin sonunda”Bitcoin”in qiyməti 7000 dollardan yuxarı olacaqdır. Pessimist proqnozum 6000-7000 dollar, optimist proqnozum isə 7000-9000 dollar aralığındadır”.

 

Rəşad Camal Mehdiyev “Marja”nın sualına cavab olaraq bildirib ki, “Bitcoin” ilə ödəniş qəbul edən şirkətlərin sayının artması, sayı limitlə olan bu valyutanın dəyərinin artması ilə nəticələnəcəkdir:  

 

“Bildiyimiz kimi kriptovalyutaların arxasında texnologiyalar dayanır. Bu texnologiyalardan istifadə edən şirkətlərin sayı artdıqca, kriptovalyutalar bahalaşır.  Kriptovalyutalar sonsuz sayda deyil, bir limit var. Həmçinin kriptovalyutalar ilə ödəniş qəbul edən şirkətlərin sayının artması virtual pullara tələbatı artırır. Təlabat artdığından əlində kriptovalyutası olanlar daha baha qiymətə satmağa başlayırlar. Bu da qiymət artımına səbəb olur. “Bitcoin”in bu gün qalxmasına səbəb olan faktorlardan biri “Google”un “AndroidPay” ödəmə sistemində “Bitcoin”in ödəniş vasitəsi kimi istifadə ediləcəyini bəyan etməsidir. Bu da gələcəkdə “Bitcoin”ə böyük təlabatın olacağına işarədir. Sabah “Faceboook”, “Snapchat” kimi şirkətlərdə belə bir bəyanatlar yayasalar, qiymətlər daha da qalxacaqdır. Bu cür xəbərlər kriptovalyutaların qiymətlərinin qalxmasına səbəb olacaqdır. Nəticədədə, tələb artdığından qiymətlər yüksələcəkdir”.

 

Xəbər verdiyimiz kimi, Bu gün “Bitcoin”in qiyməti yenidən 5000 dolları keçib. Hazırda “Bitcoin”in qiyməti  5200  dollar ətrafındadır.

 

"Bitcoin" və "Ethereum"un Bakı vaxtı ilə saat 16:10-a olan qiyməti

12.10.2017 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ