"Lufthansa", "Air Berlin"i satın alır

Almaniya mediasında yer alan xəbərlərə görə, "Lufthansa"nın İcraçı Direktoru Carsten Spohr, Berlində verdiyi açıqlamada "Lufthansa"nın, iflas edən hava yolu şirkəti "Air Berlin"i 81 təyyarəsi və 3 min əməkdaşı ilə satın alacğını deyib.
 
"Marja" xəbər verir ki, iki hava yolu şirkətinin satınalma müqaviləsini bu gün Berlində imzalayacağını bildirən Spohr, "Bu gün bir neçə saat ərzində imza atacağımız böyük gündür", - ifadəsini istifadə edib.


 
Spohr, satınalma razılaşması ilə rəqabətin Avropa və dünya miqyasında intensiv xarakter alacağını, bilet qiymətlərində daha da azalma olacağını qeyd edib.

12 Oktyabr 2017, 16:16   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]