Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

DÜŞÜN, BORC AL! Kampaniyası keçirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
DÜŞÜN, BORC AL! Kampaniyası keçirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir ay ərzində cari və potensial müştərilərin maliyyə savadlılığının artırılmasını nəzərdə tutmaqla artıq üçüncü ildir ki, keçirilən DÜŞÜN, BORC AL! Kampaniyası bu il də oktyabr ayı boyunca davam edəcək.

 

Reklam_3_11

Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilir.

 

Kampaniya bu il 15 ölkədə, o cümlədən, Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Gürcüstan, İspaniya, Kosovo, Qazaxıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna vəYunanıstanda həyata keçirilir.

 

Oktyabr ayı ərzində Kampaniyanı Azərbaycanda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və BOKT “VijnFond AzərKredit” MMC (VF AzərKredit) dəstəkləyəcəklər.

 

DÜŞÜN, BORC AL! Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA və VF AzərKredit geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqlar. Kampaniyanın bəzi materialları ilə https://www.facebook.com/AMFA.Azerbaijan/ və www.azercredit.az/az/borrow_wisely/ istinadları vasitəsilə tanış ola bilərsiniz.

 

Geniş ictimaiyyətin istifadəsi üçün həm də MFC-in onlayn şəkildə təqdim etdiyi Maliyyə Sağlamlığının Yoxlanması üçün Testin demo versiyası təqdim edilir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir. Məsələn, bu alət aylıq gəlirin ən azı 10%-i civarında yığım etməyi, aylıq kredit ödənişlərinə aylıq ümumi gəlirin 20%-dən az məbləğin sərf edilməsinə nəzarət etməyi, növbəti ay üçün büdcənin tərtib edilməsi məqsədilə ayda bir dəfə bütün ailə ilə əyləşib məsləhətləşməyi və sair tövsiyə edir. Testi https://goo.gl/jd13n5 istinadından istifadə etməklə sınaqdan çıxarda bilərsiniz.

 

#2017BWC  #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, Kampaniyanı sosial şəbəkələrdə daha yaxından izləyin. 

12.10.2017 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ