"AFB Bank" Büdcə şöbəsinə rəis axtarır - VAKANSİYA

AFB Bank Büdcə şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

 

MALİYYƏ DEPARTAMENTİ

 

Vəzifə: Büdcə şöbəsinin rəisi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)


NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
- Orta ixtisas və ya ali təhsil;
- Maliyyə və mühasibatlıq üzrə azı 3 il təcrübə;
- Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri(Rus dili bilikləri üstünlük hesab olunur);
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
- MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur);
- Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).

 

İŞİN TƏSVİRİ:
- Bankın strateji baxışı və missiya hesabatı, strateji hədəfləri, onlara əlavə və dəyişikliklər üzrə təkliflərin verilməsi;
- Alternativ strategiyalara keçid üzrə təkliflərin verilməsi;
- Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, qiymət siyasəti barədə təkliflərin hazırlanması;
- Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
- Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
- Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
- Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması.

 

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

12 Oktyabr 2017, 16:51   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin