Azərbaycanda ilk dəfə mühərrik və sürtkü yağları sığortalanıb

“Technoil” MMC və “PAŞA Sığorta” ASC arasında bağlanmış məsuliyyət sığortası müqaviləsinə əsasən, Azərbaycanda ilk dəfə olaraq mühərrik və sürtkü yağları sığortalanıb.


Bu barədə “Technoil” şirkətindən bildirilib.


Müqaviləyə əsasən, “Technol” mühərrik və sürtkü yağlarının istifadə olunduğu avtomobil mühərrikləri və digər texniki vasitələrdə məhsuldan hər hansı problem yaranarsa, dəymiş zərəri sığorta şirkəti qarşılayacaq.

 

Bununla həm də, ilk dəfə olaraq Azərbaycanda mühərrik yağları istehsalçısı öz müştərilərinə sığortalanmış məhsul təqdim etmiş olacaq.

 

© Report

12 Oktyabr 2017, 17:30   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]