"Retro Holding", “Azərişıq”dan 47,3 milyon manatlıq sifariş alıb

“Azərişıq” ASC Azərbaycanın regionlarında 530 komplekt transformatorməntəqəsinin (KTM) alışına 47 mln. 352 min 287,13 manat yönəldəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

“Azərişıq” Azərbaycanın regionlarında KTM-nin quraşdırılması məqsədilə tədarükçünü müəyyən edib”, - məlumatda deyilir.

 

Xüsusilə, ASC bu məqsədlə "Retro Holding" ilə 4 müqavilə imzalayıb.

 

Birinci müqavilə Qərb RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 154 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 13 mln. 919 min 911,52 manatdır.

 

İkinci müqavilə Mərkəzi Aran RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 196 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 17 mln. 648 min 390,93 manatdır.

 

Üçüncü müqavilə Aran RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 100 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 9 mln. 475 min 57,38 manatdır.

 Dördüncü müqavilə Cənub RETSİ-nin ərazisində quraşdırılma üçün müxtəlif gücə malik 80 KTM-nin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 6 mln. 308 min 927,3 manatdır.

 

© “İnterfaks-Azərbaycan” 

13 Oktyabr 2017, 10:43   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]