Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

9 ayda 57 min nəfərdən çox artmışıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 ayda 57 min nəfərdən çox artmışıq

Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatmışdır.  Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Reklam_3_11

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

 

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil etmişdir. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

 

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.

 

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil etmişdir.

 

2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdur.

 

Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn, 1202 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 878 nəfər təşkil etmişdir.

13.10.2017 09:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ