“Samsung”un əməliyyat gəlirləri rekord həddə artıb

Koreya Respublikasının elektronika nəhəngi “Samsung Electronics”in 3-cü rüb üzrə əməliyyat gəlirləri rekord həddə artıb.

 

Şirkətin yaydığı məlumatda deyilir ki, həmin dövrdə əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 12,8 milyard dollara çatıb.

 

"Yonhap" agentliyi  xəbər verir ki, şirkətin satışında da ciddi artım müşahidə olunur. Tam dəqiqləşməmiş hesablamalara görə, satış həcmi iyun-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 29,65 faiz artaraq 55 milyard dollara çatıb.

 

Analitiklər hesab edir ki, “Samsung Electronics”in satışının artımına səbəb yeni model mobil telefon və planşetlər deyil, kompüterlər üçün çip biznesinin yaxşı getməsidir.

 

© Azərtac

13 Oktyabr 2017, 11:36   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin